"Barselona" islahatlara başlayır?

"Barselona" yayda hücum xəttində dəyişiklik etməyi planlaşdırır. 

Sportline.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb  .

Kataloniya klubu hücumçular Memfis Depay, Lyuk de Yonq və Martin Braytveytlə yollarını ayıra bilər. Futbolçuların komandanın oyun tərzinə uyğun gəlmədiyi vurğulanıb.

Qeyd edək ki, Kataloniya təmsilçisinin Dortmund "Borussiya"sından Erlinq Haalandla maraqlandığı bildirilir.