"Barselona" Joan Qamper kubokunda "Monako" ya qarşı

"Barselona"nın ənənəvi olaraq hər il təşkil etdiyi Joan Qamper kubokunda bu ilki rəqibi "Monako"dur.

Sportline.az xəbər verir ki, Kamp Nou-da keçiriləcək qarşılaşma bu gün saat 22:00-da start götürəcək.

1966-cı ildən keçirilən turniri ən çox qazanan klub "Barselona"dır. (46).

Qeyd edək ki, ötən mövsüm "Tottenhem" ilə qarşı qarşıya gələn katalonlar meydandan 4-2 hesablı qalibiyyətlə ayrılmışdı.