"Barselona"nın Keyn sevdası
"Tottenhem"in 27 yaşlı futbolçusu Harri Keynin gələn il İspaniyaya yollanacağı bildirilir.
Sportline.az The Athletic nəşrinə istinadla xəbər verir ki, İngiltərə millisinin forvardının yeni ünvanı "Barselona" ola bilər.
Bu günlərdə "Bavariya" başda olmaqla bir neçə qitə nəhəngi onun xidmətində maraqlı olsa da hücumçunun növbəti mövsümü də
"Tottenhem"də keçirəcəyi gözlənilir.
"Barselona" rəhbərliyi 2024-cü ildə Keyni azad agent statusunda heyətə qatmaq niyyətindədir.