"Barselona" Kunde ilə bağlı qərar verib

"Barselona"nın müdafiəçisi Jül Kunde yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, kataloniyalılar onunla vidalamaq qərarına gəliblər.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 25 yaşlı futbolçu komplektləşdirilmiş müdafiə xəttində artıq sayılır.

Qeyd edək ki, Kunde 2022-ci ildə "Sevilya"dan 50 milyon avroya transfer olunmuşdu.