"Barselona" "Mançester Siti" ilə razılığa gəldi

Portuqaliyalı yarımmüdafiəçi Joau Kanselu "Barselona"nın tamhüquqlu futbolçusu olmağa yaxındır.

Sportline.az El Chiringuito nəşrinə istinadla xəbər verir ki, kataloniyalılar bununla bağlı "Mançester Siti" ilə razılığa gəliblər.

Klub rəhbərliyi bunun üçün 35 milyon avrodan keçməyə hazırdır.

29 yaşlı futbolçu özü də bu transferə razılıq verib.

Qeyd edək ki, mançesterlilərlə müqaviləsinin müddəti 2024-cü ildə bitəcək Kanselu icarə əsasında "Barselona"da oynayır.