"Barselona" meksikalı futbolçu ilə maraqlanır
"Barselona" "Feyenord"un hücumçusu Santyaqo Ximenesin xidmətində maraqlıdır.
Sportline.az ESPN-ə istinadla xəbər verir ki, sözügedən futbolçu kataloniyalıların transfer siyahısında yer alır.
22 yaşlı meksikalının Avropa futboluna tez zamanda uyğunlaşması ispaniyalıların diqqətini çəkib.
"Feyenord"un gənc forvard üçün böyük məbləğ tələb etdiyi bildirilir.
Qeyd edək ki, ötən il "Krus Asul"dan Ninderland klubuna transfer olunan Ximenesin transfer qiyməti hazırda 40 milyon avrodur.