"Barselona" Messi məsələsində israrlıdır
“Barselona” Lionel Messini yenidən heyətə qaytarmaqda israrlıdır.
Sportline.az Fox Sports qəzətinə istinadla xəbər verir ki, “Barselona” Messiyə Levandovskinin aldığı maaşı və klubun sponsor gəlirlərinindən bir qismini təklif edəcək.
Son vaxtlar Parisli fanatlarla münasibətləri korlanan Messinin komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, argentinalının “Paris Sen Jermen” klubu ilə müqaviləsi bu yay bitir.