“Barselona” Miki van de Ven üçün hərəkətə keçib

“Barselona” Niderland millisinin və “Tottenhem”in müdafiəçisi Miki van de Ven ilə maraqlanır.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün danışıqlara başlamağa hazırlaşır.

“Barselona” rəhbərliyi oyunçunun “Tottenhem”lə yeni müqavilə danışıqlarında yaranan ləngimə prosesindən yararlanmaq niyyətindədir.

Avropa nəhəngi müdafiəçinin vəziyyətini yaxından izləyir və mümkün transfer üçün əlverişli məqam gözləyirlər. 

Qeyd edək ki, Miki van de Ven son illərdə “Tottenhem”in əsas müdafiəçilərindən biri kimi çıxış edir və “Liverpul” ,”Real Madrid”ində maraq dairəsindədir.

Banner