"Barselona" müqaviləsini yenilədiyi futbolçuya 1 milyard avro qiymət qoyub

İspaniyanın "Barselona" klubu futbolçusu Ronald Arauxo ilə müqavilənin müddətini uzadıb.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Arauxonun sərbəst qalma məbləği 1 milyard avro olub. Rəsmi imzalama mərasimi aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, Ronald Arauxo 2019-cu ildən "Barselona"da çıxış edir.

Banner