"Barselona" namizədlərin siyahısını dəqiqləşdirdi

"Barselona"nın baş məşqçisi postuna namizədlərin sayı dəqiqələşdirilib.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi seçimi 3 nəfər arasında edəcək.

Bu haqda "Football Espana" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, söhbət çox güman ki, Roberto De Zerbi, Hans - Diter Flik və Xabi Alonsodan gedir. 

Klub rəhbərliyinin ilkin siyahısında olan Yurgen Klop, Xosep Qvardyola, Tyaqo Motta, Ruben Amorim və Miçel Anhellə danışıqlar aparılmayacağı tam dəqiqləşib.