"Barselona" Nikonun transferində sona yaxınlaşır

"Barselona" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etməyə yaxındır.

Sportline.az jurnalist Karlos Monfourtun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu Niko üçün 65 milyon avronu ödəməyi qəbul edib.

22 yaşlı sol cinah vingerinin "Bilbao" klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Niko Uilyasm ötən mövsüm çıxış etdiyi 43 matçda 11 qol 7 asist müəllifi olub.