"Barselona" onun transferi üçün 60 milyon avro ayırdı
"Barselona" hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, kataloniyalılar bu məqsədlə İngiltərəyə üz tutublar.
Söhbət isə cinah hücumçusu Luis Diasdan gedir.
"Mundo Deportivo"nun yaydığı məlumata görə "Barselona" 27 yaşlı futbolçu üçün 55-60 milyon avrodan keçməyə hazırdır.
Qarşı tərəfin isə 62 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, Dias son mövsümdə keçirdiyi 51 oyunda 13 qol və 5 asistlə yadda qalıb.