"Barselona" prezidenti Messi ilə bağlı suallara son qoydu
"Barselona"nın prezidenti Joan Laporta Messinin qayıdışını təsdiqləyib.
Sportline.az "Cadena SER Carrusel Deportivo"ya istinadla xəbər verir ki, "Xetafe" ilə oyundan (0:0) sonra azarkeşlərlə ünsiyyət quran klub rəhbəri fanatların "Messi komandaya qayıdacaqmı" sualına "Bəli" cavabını verib.
PSJ ilə yolları ayıracağını qətiləşdirən 34 yaşlı argentinalının artıq "Barselona"nın baş məşqçisi Xavi ilə də komandanın gələcək oyunları ilə bağlı müzakirələr apardığı bildirilir.