"Barselona" Qaviyə görə baş sındırır

Qavinin zədələnməsi "Barselona"nın planlarını korlayıb.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi onun yoxluğunu unutdurmaq üçün hərəkətə keçib.

Karaloniyalılar mövsümün ikinci hissəsi üçün yarımmüdafiəçi axtarışına çıxıblar.

"Barselona"nın prezidenti Joan Laporta problemi icarə üsulu ilə həll etməyə çalışacaqlarını açıqlayıb.

O, Mundo Deportivoya müsahibəsində münasib futbolçu tapılacağı təqdirdə onunla mövsümün sonunadək müqavilə bağlanacağını bildirib.

Xatırladaq ki, Qavi milli komandanın Gürcüstanla oyununda (3-1) dizindən aldığı ciddi zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.