"Barselona" qışa nə düşünür?
"Barselona" "Atletiko Madrid"in futbolçusuna göz dikib.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi Renan Lodinin heyətinə cəlb etməyi planlaşdırır.
"Todo Fichajes"in yaydığı məlumata görə, braziliyalı müdafiəçi bu qış Madrid klubundan ayrıla bilər. Bundan istifadə edən "Barselona" Lodini Jordi Albenin mövqeyinə gətirmək fikrinə düşüb.