"Barselona" "Real"la oyuna itkilərlə çıxacaq

"Barselona" qarşıdakı El Klasikoya itkilərlə çıxacaq.

Sportline.az "Diario Sport"a istinadla xəbər verir ki, "Real"la oyunda müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçi Pedri, və Frenki de Yonq, həmçinin vinger Usman Dembele meydana çıxa bilməyəcək. 

Bu futbolçular oyunqabağı məşqdə iştirak etməyiblər.

"Real"ın baş məşqçisi Karlo Ançelotti isə, yalnız müdafiəçi Ferlan Mendinin xidmətindən yararlana bilməyəcək. 

Qeyd edək ki, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçı sabah Bakı vaxtı ilə 23:00-da başlanacaq. 

İlk oyunda "Barselona" 1-0 hesabı ilə qalib gəlmişdi.