"Barselona" rəhbərliyi ərəblərin qapısını döyür
"Barselona" səhmlərinin 49 faizini satmaq niyyətindədir.
Sportline.az "El Chiringuito"ya istinadən xəbər verir ki, klub prezidenti Joan Laporta bununla bağlı Qatar və Səudiyyə Ərəbistanının iş adamları ilə görüşüb.
Kataloniyalılar bu vasitə ilə maliyyə problemlərindən yaxa qurtarmaq niyyətindədirlər.
Danışıqlar uğurla nəticələnsə, "Barselona"nın yeni maliyyə idarəetmə sisteminə keçəcəyi gözlənilir.