"Barselona" sonda sevindi

“Barselona” futbol üzrə İspaniya çempionatının 12-ci turunun matçında “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, görüş San-Sebastyanda baş tutub.

Qolu ikinci hissəyə əlavə olunan dördüncü dəqiqədə Ronald Arauxo vurub.

"Barselona" səfərdə "Real Sosyedad"ı ardıcıl 4-cü dəfə məğlub edərək, klubun rekordunu təkrarlayıb. Kataloniya klubu turnir cədvəlində 27 xalla üçüncü pilləyə yüksəlib, “Real Sosyedad” isə 19 xalla altıncıdır.