"Barselona" Ter Ştegenin son durumunu açıqladı

"Barselona"nın qapıçısı Mark - Andre ter Ştegen əməliyyat olunacaq.

Sportline.az xəbər verir ki, belindəki ağrılardan əziyyət çəkən futbolçunun müalicəsi effekt verməyib.

Ona görə də, həkimlər almaniyalı qolkiperin əməliyyat olunmasını təkid ediblər.

Terştegen əvvəlcə əməliyyata razılıq verməsə də, son müayinələrdən sonra həkimlərin qənaəti ilə razılaşmalı olub. 

Qeyd edək ki. təcrübəli qapıçı noyabrda Almaniya millisinin düşərgəsində ikən belində ağrılar hiss etmişdi.