Ferran Torresin transfer qiyməti açıqlandı
"Barselona" hücumçusu Ferran Torresi 25 milyon avroya satmağa hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda ispaniyalı jurnalist Xavi Migel sosial şəbəkə hesabında paylaşım edib.
Kataloniyalılar 2021-ci ildə heyətə qatdıqları futbolçu üçün 55 milyon avronu "Mançester Siti"yə hissə-hissə ödməkdədirlər.
Torres bu mövsüm meydana çıxdığı 39 oyunda 7 qol və iki məhsuldar ötürmə müəllifidir.