"Barselona" üçün XXI əsrdə ilk
Ispaniya La Liqasının 13-cü turunun "Alaves"lə görüşü "Barselona" üçün xoşagəlməz statistika ilə də yadda qalacaq.
Sportline.az xəbər verir ki, söhbət kataloniyalıların 18-ci saniyədə buraxdığı qoldan gedir.
Samu Omorodionun vurduğu bu qol, "Barsa"nın XXI əsrdə Ispaniya çempionatının ev oyununda buraxdığı ən erkən qoldur.
Qeyd edək ki, qapısında erkən top görən meydan sahibləri sonradan toparlanaraq matçı 2-1 hesablı qələbə ilə başa vurublar.