"Barselona" və "Liverpul" transfer yarışına girib
"Tottenhem"in futbolçusu Miki van de Ven klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, "Liverpul" və "Barselona" niderlandlı stopperi heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Telegraaf" məlumat yayıb.
Qeyd edək ki, M.van de Ven transfer qiyməti 70 milyon avrodur.