"Barselona" və "Real" 1 milyard avro qazana bilər
"Barselona" və "Real" klubları ağlasığmaz pullar qazana bilər.
Sportline.az xəbər verir ki, yeni Avropa Superliqa turnirinin təşkilinə çalışan "A22 Sports Management" sözügedən klublara 1 miyard avro vəd edib.
Bu haqda Mundo Deportivo nəşri məlumat yayıb.
Yeni turnirin ümumi büdcəsinin 15 milyard avro olacağı bildirilir.
Qeyd edək ki, Avropa Superliqasının taleyi dekabrın 21-də həll olunacaq.
Həmin gün Avropa Birliyi məhkəməsi qurumun UEFA və FİFA-ya qarşı irəli sürdüyü antimonopoliya ittihamı ilə bağlı qərar verəcək.