"Barselona" Xavi ilə bağlı qərar verəcək

"Barselona" prezidentinin müşaviri Enrik Masip Xavi ilə müqavilənin uzadılması haqqında fikirlərini bölüşüb.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, klub rəsmisi baş məşçi ilə yeni anlaşmanın imzalanacağını bildirib.

Xavinin işindən razı qaldıqlarını deyən Masip, qazanılan uğurlarda mütəxəssisin rolunun danılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda ilinə 4 milyon avro alan Xavinin yeni müqavilə ilə qazancının ikiqat artacağı gözlənilir.

Hazırkı anlaşma ilin sonunda qüvvədən düşəcək.