"Barselona" yeni hədəfini açıqladı

"Barselona" heyəti daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportline.az Diario Sport nəşrinə istinadla xəbər verir ki, kataloniyalılar "Monako"nun müdafiəçisi Vanderson de Oliveyra ilə maraqlanırlar.

Braziliyalı futbolçunun gələn mövsümdən "Barselona"ya keçəcəyi bildirilir.

Kataloniyalıların transferi bu mövsüm həll edə bilməməsi maliyyə çətinlikləri ilə izah olunur.

Futbolçunun transfer qiyməti 30 milyon avrodur.