"Barselona" yeni mövsümün formasını təqdim etdi

"Barselona" 2023/2024 mövsümünün formasını təqdim edib.

Sportline.az xəbər verir ki, bu geyim də kataloniyalılar üçün ənənəvi rənglər əsasında hazırlanıb.

Qeyd edək ki, ötən mövsüm 88 xal toplayan "Barselona" İspaniya çempionu adına layiq görülüb.