"Barselona" yeni transferi rəsmiləşdirdi
"Atletiko Paranaense"nin hücumçusu Vitor Roke karyerasını "Barselona"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, klubun saytına istinadla xəbər verir ki, kataloniyalılar 18 yaşlı futbolçu ilə müqavilə imzalayıblar.
Razılaşmaya əsasən 2031-ci ilədək "Barsa"nın formasını geyinəcək.
2023/2024 mövsümündə isə Roke, icarə əsasında hazırkı komandasında oynayacaq.
Qeyd edək ki, bu, İlkay Gündoğan və İniqo Martinesdən sonra "Barselona"nın 3-cü transferidir.