"Barselona" yeni transferini açıqladı
"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, kataloniyalılar "Atletik"in sabiq futbolçusu İniqo Martinesi transfer ediblər.
Təcrübəli müdafiəçi artıq yeni klubunun fotosessiyasına da qatılıb.

32 yaşlı futbolçunun Bilbao təmsilçisi ilə müqaviləsi iyunun 30-da başa çatmışdı.
"Real Sosyedad"ın yetirməsi 2018-ci ildən "Atletik"in şərəfini qoruyurdu.
Son mövsümdə 18 oyuna çıxan müdafiəçi 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.