"Barselona" yetirməsini geri qaytarır
"Barselona" klubu yetirməsi Oriol Romeunu geri qaytarmağa çalışır.
Sportline.az xəbər verir ki, kataloniyalılar bunun üçün "Jirona"ya 6 milyon avro ödəməyə hazırdırlar.
Baş məşqçi Xavi 31 yaşlı dayaq yarımmüdafiəçisininin xidmətində maraqlı olduğunu bildirib.
Romeu 2022/23 mövsümündə meydana çıxdğı 36 oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.