"Barselona"da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati zədələnib. Bu barədə AS nəşri məlumat yayıb. Fati La Liqanın 12-ci turunda “Selta” ilə səfər matçında sıradan çıxıb. 18 yaşlı hücumçu ən az bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, “Selta” – “Barselona” matçı 3:3 hesabıyla bitib.