"Barselona"da ciddi itki

"Barselona"nın hücumçusu Usman Dembele La Liqanın 19-cu turunda "Jirona" ilə matçda zədələnib.

Sprotline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tibbi müayinədən keçən fransalı hücumçunun bud əzələsinin zədələndiyi bildirilib.

"Marca" yazıb ki, Dembele ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, futbolçu ən azı 3 La Liqa matçını ("Betis", "Sevilya" və "Vilyarreal"), Kral kubokunun yarımfinalını, eləcə də Avropa Liqasının pley-off mərhələsinin "Mançester"lə ilk oyunu buraxa bilər.

Qeyd edək ki, "Barselona" "Jirona"ya 1:0 hesabı ilə qalib gəlib.