"Barselona"da ciddi itki
"Barselona"nın kapitanı Serji Buskets sıradan çıxıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ötən gecə La Liqanın 20-ci turuna "Sevilya" ilə matçın (3:0) 8-ci dəqiqəsində zədə alıb. O, görüşü davam etdirə bilməyib və əvəzlənib. Buskets təxminən 2-3 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Futbolçunun Avropa Liqasının pley-offunda "Mançester Yunayted"lə matçları da buraxacağı gözlənilir.
Qeyd edək ki, “Barselona” və “Mançester Yunayted” arasında ilk oyun fevralın 16-da keçiriləcək. Cavab oyunu fevralın 23-də olacaq.