"Barselona"da ciddi itki

"Barselona"nın futbolçusu Aleks Balde mövsümün qalan hissəsini meydandan kənarda keçirəcək.

Sportline.az xəbər verir ki, Finlandiyada əməliyyat olunacaq müdafiəçi ilə bağlı həkimlərin qənaəti belədir.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, Balde İspaniya kubolunun 1/4 finalında "Atletik"lə oyunda (4-2) əzələsindən zədələnmişdi. 

20 yaşlı futbolçu bu mövsüm 18 oyunda bir məhsuldar ötürmə ilə fərqlənib.