"Barselona"da ciddi itki

Pedri "Barselona" rəhbərliyini təşvişə salıb.

Sportline.az xəbər verir ki, 27-ci turun "Atletik"lə (0-0) oyununda xəsarət alan gənc futbolçunun zədəsi ciddidir.

21 yaşlı futbolçunun sağ ayaq əzələsindən aldığı zədənin ağır olduğu aşkarlanıb.

Pedri mövsüm ərzində iki dəfə eyni zədədən əziyyət çəkib.

Həkimlər onun yenidən yaşıl meydana qayıdacağı vaxtı müəyyənləşdirə bilmirlər. 

Onun üçün hətta mövsümün başa çatdığı da ehtimal olunur.