"Barselona"da əməliyyat

İspaniyanın "Barselona" klubunun futbolçusu Filippe Koutinyo sol dizindən əməliyyat olunub.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb.

Braziliyalı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənir.

Qeyd edək ki, Filippe Koutinyo La Liqanın XVI turunda "Eybar"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə zədələnib. O, cari mövsüm "Barselona" forması ilə 14 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.