"Barselona"da kritik vəziyyət

“Barselona” klubu yeni transferlərin borcunu ödəyə bilmədiyi üçün cəzalana bilər.

Sportline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, İspaniya klubu “Mançester Siti”, “Bavariya” və “Lids Yunayted”ə 200 milyon avrodan çox borcu olduğundan UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” rəhbərliyi maliyyə problemini ən qısa müddət ərzində həll edəcəyini bildirib.