"Barselona"da Kumanla bağlı qərar verildi
İspaniyanın “Barselona” klubu baş məşqçi Ronald Kumanla bağlı qərarı açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb. Kuman dünən klub rəhbərliyi ilə görüş keçirib. İclasda “Barselona”nın yeni prezidenti Xuan Laporta da iştirak edib.
“Barselona” rəhbərliyi niderlandlı mütəxəssisin daha bir il komandada qalmasına razılıq verib. Kuman, yayda rəhbərlikdən transfer büdcəsinin artırılmasını tələb edib.
“Barselona” hazırda La Liqada 2-ci sıradadır. Kumanın klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.