"Barselona"da yeni müqavilə

“Barselona” gənc oyunçusu Alexandro Balde ilə müqavilənin müddətini uzadıb.

Sportline.az Diario Sport saytına istinadla xəbər verir ki, “Barselona” 19 yaşlı sol cinah müdafiəçisi ilə müqaviləni 2027-ci ilin iyun ayına qədər yeniləyib.

Baldenin sərbəst qalma qiymətini isə 1 milyar avro olaraq bildirilir.

Qeyd edək ki, Alexandro Balde bu mövsüm La Liqada meydana çıxdığı 25 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.