"Barselona"da yeni müqavilələr
"Barselona" gənc futbolçuları ilə müqavilənin müddətini uzadacaq.
Sportline.az xəbər verir ki, Fabrisio Romanonun sosial şəbəkədə paylaşdığı məlumatda söhbətin Lamin Yamal və Aleks Baldedən getdiyi bildirilir.
Onun sözlərinə görə, bu haqda klubun idman direktoru Deku məlumat verib.
Yamal bu mövsüm "Barselona" heyətində 4, Balde isə 3 oyuna çıxıb.