"Barselona"da zədə
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda komandasına kömək edə bilməyəcək.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, niderlandlı futbolçunun La Liqanın 10-cu turunun "Real"la matçında (1:2) zədələndiyini təsdiqlənib. Niderlandlı futbolçu görüşün 77-ci dəqiqəsində əvəzlənib. Onun əzələsindən xəsarət aldığı bildirilir. De Yonqun sağalma müddəti isə hələlik məlum deyil.
24 yaşlı oyunçunun çərşənbə günü keçiriləcək "Rayo Valyekano" ilə La Liqanın 11 -ci tur oyununu buraxacağı dəqiqdir.