"Barselona"dan çətin qələbə

“Barselona” İspaniya kubokunun 1/16 finalında səfərdə 3-cü liqa təmsilçisi “Kornella” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, matçın əsas vaxtında qalib müəyyənləşməyib. Növbəti mərhələyə adlayacaq komadanın adına əlavə olunmuş 30 dəqiqədə aydınlıq gəlib. Kataloniya klubu rəqibini  2:0 hesabı ilə məğlub edərək çətinliklə 1/8 finala çıxıb.

Xatırladaq ki, "Kornella" 1/32 finalda La Liqanın lideri "Atletiko"nu məğlub edərək (1:0) mübarizədən kənarlaşdırıb.

“Kornella” – “Barselona” – 0:2
Qollar:
 Dembele, 92, Braytuayt, 120