"Barselona"dan "Əl-Əhli"yə
Frank Kesye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, "Barselona" ilə "Əl-Əhli" bununla bağlı razılığa gəlib.
Kotdivuarlı futbolçunun transferi sabah elan oluna bilər.
"Barselona"nın bu keçiddən 12 milyon avro qazanacağı bildirilir.
Kesyenin yeni klubundakı illik məvacibi isə 14 milyon avro olacaq.