"Barselona"dan gözlənilməz nəticə

"Barselona" La Liqada növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki,  Kataloniya klubu 6-cı turda "Kadiz"in qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra "Barselona" 9 xalla turnir cədvəlinin 7-ci, "Kadiz" isə 6 xalla 14-cü pilləsində qərarlaşıb. Siyahıya  16 xalla "Real" başçılıq edir.