"Barselona"dan İtaliyaya
13 mövsüm şərəfini qoruduğu "Barselona"dan ayrılan Serxi Roberto karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Fiorentina" klubu onun xidmətində maraqlıdır.
Bu haqda "Relevo" məlumat yayıb.
İtaliya təmsilçisi 32 yaşlı futbolçunu azad agent statusunda heyətinə qatacaq.
Qeyd edək ki, Serxi Roberto ilə həmçinin İtaliyanın "Roma" və "Komo" klubları da ciddi maraqlanır.