"Barselona"dan maraqlı addım

"Barselona" klubu daha bir yeniliklə diqqəti cəlb edib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, mövsümün əvvəlində dünyanın ən məşhur musiqi şirkəti olan "Spotify" ilə müqavilə imzalayan kataloniyalılar tanınmış sənətçilərin adı yazılan formalara üstünlük verəcəklər. 

"Barselona" bazar günü keçiriləcək El Kllasikoda ispaniyalı pop ulduz Rosaliyanın "MOTOMAMİ" albomunun loqosunu daşıyan özəl forma ilə meydana çıxacaq.