"Barselona"dan minimal hesablı qələbə

"Barselona" İspaniya La Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Kataloniya klubu 13-cü turda evdə "Levante" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Levante" - 1:0
Qol
: Messi, 76

Bu qələbə ilə xalını 17-yə yüksəldən (11 oyun) Ronald Kumanın komandası turnir cədvəlinin 8-ci pilləsinə qərarlaşıb. Turnir cədvəlinə 26 xalla "Real Sosyedad" başçılıq edir. "Atletiko" 26 xalla (11 oyun) 2-ci, "Real" 23 xalla (12 oyun) 3-cüdür.