"Barselona"dan "Qalatasaray"a

22-ci çempionluğunu qeyd edən "Qalatasaray" heyətini gücləndirir.

Sportline.az xəbər verir ki, "aslanlar" Bruma və Babeldən sonra müqavilə ilə "Barselona"ya məxsus olan Duqlasla razılaşıblar.

28 yaşlı braziliyalı futbolçu icarə əsasında "Sivasspor" klubunda çıxış edir. O, növbəti turda "Sivasspor"un heyətində sonuncu oyununa çıxacaq.