"Barselona"dan rekord

İspaniyanın "Barselona" klubu yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi buna "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldiyi ölkə kubokunun 1/4 final oyununda nail olub.

Görüşdəki yeganə qolu 52-ci dəqiqədə Usman Dembele vurub. Bu, komandanın Kral Kubokunun 121 illik tarixində 1500-cü qoludur.

"Barselona" bu göstəriciyə çatan ilk klub kimi tarixə düşüb.