"Barselona"nı ciddi təhlükə gözləyir

İspaniya futbolunda  Joze Mariya Enrikes Neqreyra qalmaqalı gündəmi  zəbt etməkdədir.

Sportline.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının sabiq vitse-prezidenti “Barselona”ya kömək etməkdə günahlandırılır.

Barselona prokrorluğu hakimlər haqqında məlumat əldə etmək üçün Neqreyraya məxsus şirkətə pul ödədiyi deyilən “Barselona”  klubuna , onun iki keçmiş prezidentinə və bəzi rəhbərlərinə qarşı cinayət işi açıb.

İttihamlar təsdiqlənsə “Barselona”nın 2004-2005-ci il mövsümündən bəri qazandığı 10 İspaniya çempionluğu titulu əlindən alına bilər.

Klub həmçinin 10 il müddətinə La Liqadan uzaqlaşdırılmaq təhlükəsi ilə də üz-üzədir.