"Barselona"nın ən çətin rəqibləri açıqlandı

"Barselona"nın baş məşqçisi Xavi komandasının ən çətin rəqibləri haqda söz açıb.

Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, o, ən çətin rəqiblərindan "Real" və "Bavariya"nın adını çəkib.

Çalışdırıcı bu rəqiblərlə oyunlarının həmişə çətin alındığını vurğulayıb.

Qeyd edək ki, Xavi 2021-ci ildən "Barselona"nın "sükanı arxasındadır".

Komanda onun rəhbərliyi ilə İspaniya çempionu adını və ölkə Super kubokunu qazanıb.